Dek 29, 2020 12:00 Asia/Baku
  • Şəhid Süleymaniyə qarşı keçirilən terror aktı ilə əlaqədar 48 şübhəli müəyyən olunub

İran İslam Respublikası İnsan Hüquqları Qərargahının katibi bildirib: "Şəhid Süleymaninin işi (Şəhid Süleymaniyə qarşı törədilən terror aktı) üzrə 48 təqsirli şəxs müəyyən olunub, onların cinayət məsuliyyətinə cəlb olunması üçün lazımı tədbirlər nəzərdə tutulub".

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının İnsan Hüquqları Qərargahının katibi Əli Baqeri Kəni Şəhid Hac Qasim Süleymaniyə qarşı törədilən terror aktı ilə əlaqədar cinayət işi barədə açıqlayıb: "Şəhid Süleymaninin işi (Şəhid Süleymaniyə qarşı törədilən terror aktı) üzrə 48 təqsirli şəxs müəyyən olunub, onların cinayət məsuliyyətinə cəlb olunması üçün lazımı tədbirlər nəzərdə tutulub". 

Baqeri Kəni əlavə edib: “Bu terror cəhdində iştirak edən ölkələrdən İranın məhkəmə orqanlarına məlumat və sənəd təmin etmələri istənilib”.
İran İslam Respublikasının İnsan Hüquqları Qərargahının katibi qeyd edib: “Axırıncı ölkə Almaniya olub. Bizdə Almaniyadakı Ramştayn bazasının Şəhid Süleymaniyə qarşı keçirilən terror aktında iştirak edən Amerika pilotsuz təyyarələri arasında məlumat mübadiləsinə qarışdığı barədə məlumat var”.

Teqlər