Dek 29, 2020 17:15 Asia/Baku
  • Suriyanı Hac Qasim xilas etdi

Qərbi Asiya siyasi məsələləri üzrə baş mütəxəssis deyib: Şəhid Hac Qasim Süleymani, hikməti, iradəsi, cəsarəti və yüksək qabiliyyətli komandirliyi ilə Suriya xalqını düşmənlərə qarşı müharibədə qalib gətirə bildi.

SəhərAzəri xəbər verir, bazar ertəsi gecəsi TV-də Sima 2 Şəbəkəsinin xüsusi xəbər tok-şousunda iştirak edən Qərbi Asiya siyasi məsələləri üzrə baş mütəxəssis Hüseyn Əkbəri, Şəhid General Hac Qasim Süleymaninin Müqavimət Cəbhəsindəki şəxsi xüsusiyyətlərinə, keçmişinə və roluna toxunaraq qeyd edib: Şəhid Süleymani 22 il müqavimət cəbhəsində fəaliyyət göstərib. Hac Qasim, Bosniya və Herseqovina böhranının, Əfqanıstan böhranının və Fələstin və Livan məsələlərinin həllində iştirak edib. Ancaq o dövrdə Suriya məsələsi indiki formada qaldırılmamışdı.
Qərbi Asiya bölgəsindəki siyasi məsələlər üzrə baş mütəxəssis əlavə edib: Amerikalılar Sionist rejim üçün etibarlı və təhlükəsiz zona yaratmaq məqsədi ilə, Suriyanı vətəndaş müharibəsinə sürükləyib, Amerikalı qüvvələri Suriya torpaqlarında yerləşdirməyə təşəbbüs etdilər. Bu məqsədlə Suriyaya hər cür ekstremist və təkfirçi cərəyanlar daxil etdilər. 
Əkbari, o dövrdə Suriyanın Sionist rejimə qarşı durduğu üçün, haqqını müdafiə etməkdə, heç bir müttəfiqlər malık olmadığını diqqətə çəkərək əlavə edib: Onlar 2013-cü ilin sonuna qədər Suriyanın ərazisindən geniş bir hissəsini işğal etdilər və 2014-cü ilin ortalarına qədər Suriyanın təxminən yüzdə 80-i əraziləri ekstremist və təkfirçi hərəkatlar tərəfindən işğal edildi. Hac Qasim bu təhlükəli vəziyyətdə Suriyaya gilib, bu ölkəyə kömək etdi. 
Əkbəri əlavə edib: O dövrdə Suriya hökumətinin uğursuz olduğu və xilas ola bilməyəcəyi düşünülürdü. Ancaq Şəhid Hac Qasim Süleymani, hikməti, iradəsi, cəsarəti və böyük qabiliyyətli komandirliyi ilə Suriya xalqını düşmənlərə qarşı müharibədə qalıb edə bildi. Tənliklər dəyişdi və Suriya hökumətinin zəfərləri başlayaraq, işğal altındakı ərazilər azad edildi və xalqın müdafiəsi təhlükəsizlik və sabitlik yaratdı.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

 

 

Teqlər