Dek 30, 2020 13:25 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "General-leytenant şəhid Qasim Süleymani milli qəhrəman və İran xalqı, region xalqı və müsəlman xalqların fəxridir".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında, general Süleymaninin şəhadətinin ildönümünə toxunaraq, deyib: "Sabah sona çatacaq il, ABŞ rəsmiləri , o cümlədən bu ölkə prezident və dövlət katibi tərəfindən terror edilən böyük bir sərkərdənin şəhid olmasının kədər və ağrısı ilə yadda qaldı".

İran İslam Respublikası prezidenti başqalarının da İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin komandanının terror edilməsində iştirak etdiyini və rolu olduğunu bəyan edərək, qeyd edib ki, bu əziz şəhidin qanının qisasını almaq və onun ayrılmaz hüquqlarını müdafiə etmək İran xalqının haqqıdır.

Ruhani İranın müxtəlif şəhərlərində şəhid Süleymaninin cənazəsinin möhtəşəm müşayiət mərasimini xatərladıb və əlavə edib: "Tramp və İsrail rejimi bütün İran, İraq, Livan və region xalqının bu generalın ayrılığı kədərində küçələrə axışacağını düşünmürdülər".

İranın icra hakimiyyətinin başçısı sonra deyib: "İraq dparlamentarilərinin ABŞ hərbçilərinin bu ölkədən çıxarılması üçün verdikləri qərar, İraqda hansısa bir mövqeyə sahib olduğunu düşünməməsi üçün ABŞ-ın terrorçu rejiminə vurulan bir şillə idi". 

"Şəhid Süleymani vardı, o, tarixin canlı şəhididir və müqavimət səhnəsi eyni coşqu və həyəcanla və hətta daha güclü öz işinə davam etdirir", - deyə Ruhani əlavə edib.

İran İslam Respublikasının prezidenti 2020-ci ilin dünyanın bütün ölkələri üçün çətin bir il olduğunu bəyan edərək, deyib: "Dünya ölkələri bu ilin əvvəlindən və hətta 2019-cu ilin sonlarından etibarən, keçən əsrdə bənzəri olmayan bir virusa düçar oldular. Mədəniyyət, təhsil, cəmiyyətin iqtisadi əlaqələri və bir çox şeylər problemlə üzləşdi və dünyanın bütün ölkələri iqtisadi, təhsil, mədəni və cəmiyyətin sağlamlığı baxımından böyük problemlələ üz-üzədirlər".

Teqlər