Dek 31, 2020 15:18 Asia/Baku
  • Qəzzə küçələrində şəhid Soleymaninin təsvirləri quraşdırılıb

General pasdar Hac Qasem Soleymaninin şəhadətinin birinci ildönümü günü münasibətilə islami müqavimət cəbhəsinin bu komandanının xatirəsinin anılması üçün Qəzzə şəhərində də o böyük şəhidin təsviri olan bilbordlar quraşdırılıbdır.

SəhərAzəri xəbər verir, Şəhid general pasdar Qasem Soleymaninin şəhadətinin birinci ildönümü günündə Qəzzə zolağındakı xalq fəaliyyətləri davam etməkdədir.

Qəzzədə «Əlrukn Əşşədid» adlı iri hərbi təlimlərin keçirilməsindən sonra Qəzzə zolağı küçələrində şəhid Qasem Soleymaninin təsvirlərinin quraşdırılması üzrə könüllü xalq hərəkəti başlanıb.

Qəzzə əhalisi bu hərəkətlə vurğulayır ki, generalın/ uğrunda şəhid olduğu yol/ davam edir. Bu yol müqavimət, cihad, hüquqların geri alınması və Fələstin xalqının sabit prinsipləri və müqəddəsləri qarşısında güzəştə getməmək yoludur.

Fələstinlilər onlar üçün fədakarlıq emiş bir şəxsə sadiq qalacaqlarını söyləyirlər. Həmçinin bu böyük komandanın təsvirlərinin yayılmasının Qəzzə əhalisinin Hac Qasemə əsl sədaqəti və onun yolunun davam etdirilməsinin bəyanedicisi kimi dəyərləndirirlər.

Qəzzə zolağında şəhid Soleymaninin təsvirləri üzrə bilbordların quraşdırılmasının rezonansı tamamilə aydın idi. Fələstin xalqı vurğulayıbdır ki, İran İslam Respublikasının bütün sahələrdə Fələstin xalqını himayə üzrə ən görkəmli nümayəndələri və şəxsiyyətlərindən biri olan bu şəhidin xatirəsi bu ölkə xalqının tarixində yaşayacaqdır.

Fələstinlilərin qənaətincə, Qasem Soleymani dünya imperializminə qarşı müqavimətin bayraqdarlarından biri idi. O, Dəməşq, Bağdad və Sənada dünya və amerikan-sionist imperializminə və onun təkfirçi muzdurlarına qarşı mübarizədə idi. O, dünya imperializminin mövcud olduğu hər yerdə mübarizə apardı.

Fələstinlilər öz həyatı dövründə Fələstin müqavimətinə verdiyi hər bir şeyə görə, şəhid Soleymaniyə təşəkkür edirlər. Fələstinlilər onun şəhadətindən bir il keçəndən sonra vurğulayırlar ki, bu şəhid sərkərdənin cızdığı xətt Qəzzə zolağında qalacaq. Bu xətt müqavimət, hüquqlardan güzəştə getməmək və sabit prinsiplərə sədaqət xəttidir və hər nə qədər xərci olmuş olsa da davam edəcəkdir.

Teqlər