Yan 02, 2021 18:46 Asia/Baku
  • İran AEBA-ya 20 faizlik yanacağın istehsalına başlanması ilə bağlı məktub ünvanlayıb

İranın Atom Enerjisi təşkilatının sədri, ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq agentliyinə (AEBA) 20 faizlik yanacağın istehsalına başlanması ilə bağlı məktub ünvanladığından xəbər verib.

SəhərAzəri xəbər verir, Əli Əkbər Salehi deyib: "İran İslam Respublikasının Vyanadakı nümayəndəsinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə təhvil verməsi və müfəttişlərin gəlib möhürləri açması üçün bir məktub verilib".

Salehi, agentliyin nəzarəti altında yaxın gələcəkdə uran qazı kapsulunu dəyişdirməli olduqlarını bəyan edərək, vurğulayıb: "Biz İran İslam Şurası Məclisinin qərarını yerinə yetirməliyik".

İran İslam Şurası Məclisinin "sanksiyaların ləğv edilməsi və İran xalqının hüquqlarının qorunması üçün strateji fəaliyyət" qanununa əsasən, nüvə anlaşması tərəfləri öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hökumət bu qanunun təsdiqlənməsindən bir ay sonra Əlavə Protokolun könüllü icrasını dayandırmalıdır. 

Teqlər