Şəhid Əlmuhəndisin qızı: İraqın azad edilməsi İranın dəstəyi olmadan mümkün deyildi
Şəhid Əbu Məhdi Əlmuhəndisin qızı deyib: İranın və Livan Hizbullahının himayəsi olmadan İraq torpaqlarının sürətlə azad edilməsi mümkün deyildi.
SəhərAzəri xəbər verir, Minar Cəmal Ali-İbrahim Əlməyadin telekanalı ilə müsahibədə Əlhəşduşşəbi-nin yaradılmasını İraqın azad edilməsi üçün mühüm addım adlandırıb və belə deyib: Əgər İranın himayəsi və şəhid Hac Qasem Soleymaninin səyləri olmasaydı, Əlhəşduşşəbi-nin yaradılması həyata keçməzdi.
İraqda Əlhəşduşşəbi təşkilatının sədr müavininin qızı ABŞ-ın Bağdaddakı səfirliyini terror və fitnələrin işlənib hazırlanması mərkəzi adlandırıb.
O, bu iki şəhid arasındakı bağlılığa işarə edərək, deyib ki, atası həmişə Hac Qasem Soleymaniyə görə nigaran olar və həmişə özünü onunla yanaşı olmaqda borclu bilərdi.