Bağdadda general Soleymani və Əlmuhəndisin şəhadətinin ildönümü mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i371576-bağdadda_general_soleymani_və_Əlmuhəndisin_şəhadətinin_ildönümü_mərasimi_keçirilib
İraq xalqından minlərlə nəfər Bağdadın Əltəhrir meydanına toplaşaraq, general Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətlərinin əzəmətli birinci ildönümü günü mərasimini keçirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 03, 2021 21:13 Asia/Baku
  • Bağdadda general Soleymani və Əlmuhəndisin şəhadətinin ildönümü mərasimi keçirilib

İraq xalqından minlərlə nəfər Bağdadın Əltəhrir meydanına toplaşaraq, general Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətlərinin əzəmətli birinci ildönümü günü mərasimini keçirib.

SəhərAzəri xəbər verir, bu geniş mərasimdə İraq xalqı «şəhadət və hakimiyyət» şüarı verərək, müqavimət şəhidlərinin yolunun davam etdirilməsi, amerikalı işğalçıların qovulması və İraqın suverenliyinin geri alınması vacibliyini vurğuıayıbdır.

Mərasimin natiqləri şəhidlər Soleymani və Əlmuhəndisin yüksək şəxsiyyətlərinin müxtəlif cəhətləri, eləcə də onların düşmənlərin regionda, xüsusən İraqdakı fitnələri ilə mübarizə və terrorizm ilə döyüşlərdəki rəşadətlərini şərh edərək, vurğulayıblar ki, bu şəhidlərin yolu davam edəcəkdir.