Yan 05, 2021 12:00 Asia/Baku
  • General Soleymaninin terror edilməsi mütəşəkkil dövlət terrorizminin nümunəsidir

İran İslam Şurası Məclisinin sədri, general-leytenant pasdar Qasem Soleymaninin ABŞ tərəfindən terror edilməsini mütəşəkkil dövlət terrorizmi, İraqın suverenliyi və müstəqilliyinin açıq şəkildə pozulması, həmçinin İran İslam Respublikasının suverenliyinin pozulması adlandırıb.

SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf bazar ertəsi günü yayılan BMT-nin baş katibi Antonio Quterreşə, həmçinin Asiya və islami parlamentlər assambleyasının baş katiblərinə, parlamentlərarası birliyin sədrinə, dünya ölkələri parlamentlərinin sədrlərindən bir qrupuna ünvanladığı məktubunda belə qeyd edib:

Amerika hökuməti 2020-ci il yanvarın üçündə mütəşəkkil və məqsədyönlü bir hərəkətdə İran İslam Respublikasının yüksək rütbəli komandanlarından olan general-leytenant pasdar Qasem Soleymanini və onu müşayiət edənləri Bağdad beynəlxalq hava limanının mülki hüdudlarında və raket hücumuna əl atmaqla şəhid etdi.

İran İslam Şurası Məclisinin sədri qeyd edib ki, general-leytenant pasdar Qasem Soleymaninin İraqa səfəri həmin ölkə hökumətinin rəsmi dəvətilə həyata keçibdir.

O, deyib: İran İslam Respublikasının bu yüksək rütbəli komandanı son illər ərzində İranın ən yüksək dərəcəli hərbi məsləhətçisi kimi İraqın hökuməti və silahlı qüvvələrinin kənarında həmin ölkədə terqorizmlə mübarizə sahəsində ən mühüm rol oynayıbdır.

Qalibaf general Soleymaninin terror edilməsini BMT Nizamnaməsinə və beynəlxalq konvensiyalara zidd adlandırıb.

Amerika hökumətinin dövlət terrorizmini pisləyən Qalibaf belə terror fəlakətlərinin təkrarlanmasının qarşısını almaq üçün dünya ölkələri parlamentlərinin və beynəlxalq ictimaiyyətin səy göstərmələri vacibliyini vurğulayıb.

Teqlər