İranın cənub-şərqində 6 tondan çox narkotik aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i371680-İranın_cənub_şərqində_6_tondan_çox_narkotik_aşkar_edilib
İran İslam Respublikası nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı Sistan və Bəluçestan vilayətində altı tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2021 12:10 Asia/Baku
  • İranın cənub-şərqində 6 tondan çox narkotik aşkar edilib

İran İslam Respublikası nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı Sistan və Bəluçestan vilayətində altı tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, general pasdar Əhməd Əli Qudərzi deyib: Sərhəd zolağının qorunması və nəzarəti, həmçinin narkotik qaçaqmalçılığı ilə qətiyyətli mübarizə istiqamətində Sistan və Bəluçestan sərhədçiləri Səravan rayonunun «Mək Suxte» sərhəd bölgəsində narkotik qaçaqmalçılığı üzrə peşəkar bir bandanın fəaliyyətindən xəbərdar olub və dəqiq əməliyyat proqramlaşdırması və nəzarət tədbirlərini gücləndirməklə bu bandanı məhv ediblər.

General Qudərzinin sözlərinə görə, bu əməliyyatda altı ton yüz altmış kiloqram tiryək və 439 kiloqram həşiş, bundan əlavə, müəyyən miqdarda silah və sursat aşkar edilibdir.

BMT statistikalarına əsasən, dünya səviyyəsində tiryəkin aşkar edilməsinin 75, mofrinin üzə çıxarılmasının 61 və heroinin aşkar olunmasının 17 faizi İran İslam Respublikası tərəfindən həyata keçirilir.