Yan 07, 2021 16:39 Asia/Baku
  • İran Xəzərdə gəmilərinin sayını artırır

İranın Gəmiçilik Təşkilatı Xəzər dənizində ticarət gəmilərinə 4 gəmi əlavə edəcək.

SəhərAzəri xəbər verir, bunu İranın Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rza Modərres Xiyabani İranın Gilan vilayətinin valisi Arsəlan Zare ilə görüşdə deyib.

M.R.Modərres Xiyabaninin sözlərinə görə, ilk mərhələdə 2 yeni gəmi İranın Xəzər Dənizçilik Şirkətinə təhvil veriləcək.

O, əlavə edib ki, İranın məqsədi qonşu ölkələr, xüsusilə də Rusiya ilə ticarət dövriyyəsini artırmaqdır.

Görüşdə İranın Gilan vilayətinin valisi Arsəlan Zare də bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində İran hökuməti bir sıra addımlar atıb və bu addımların atılmasını davam etdirir.

A.Zare deyib ki, İranın şimalında Xəzər dənizində gəmilərin artırılması, yenilənməsi və logistika imkanlarının yaradılması da bu addımlar çərçivəsindədir.

Onun sözlərinə görə, belə ki, gələn on il ərzində dəmiryolu xətti ilə yükdaşıma potensialı təxminən 10 milyon tona çatacaq.

Qeyd edək ki, İranın Xəzər dənizində 24 ticarət gəmisi fəaliyyət göstərir. İranın Xəzər dənizindəki limanları ilə məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 40% artıb.

Teqlər