Yan 08, 2021 13:07 Asia/Baku
  • Şəhid Fəxri Zadənin ailəsi: Minlərlə Fəxrizadə elm və bilik sahəsinə qədəm qoyacaq

Görkəmli alim Möhsün Fəxrizadənin ailəsi onun şəhid olmasının 40-cı günü münasibəti ilə bir bəyanat yayıb.

SəhərAzəri ISNA-nın verdiyi məlumata istinadən xəbər verir, Şəhid Fəxrizadənin ailəsinin bəyanatının bir hissəsində belə qeyd olunub:

"Qırx gündür ki, böyük İran xalqının lalə dolu düzənliyi başqa bir əsgərin qanına boyandı. İllərdir ölkəsinin elmi tərəqqisi və düşmənlərin təhdidi, kapitalistlərin yalançı vədlərinə uymayaraq və az-çox dünyəvi mənafe üçün öz müqəddəs yolunu davam etdirməyə zərrəcə şübhəyə yol vermədi. Həyat yoldaşımız, atamız və əziz doktorumuz "Möhsün Fəxrizadə" bu ölkədəki insanlar üçün xərçəng xəstələrinə və sağalmaz insanlara dərman verilməsinin belə qadağan olunduğu və bu səylər əsnasında siyasət deyil, maraqlar güdən bir dünyada ölkəsini elmi ehtiyacsızlığa qaldırmağa çalışırdı. Və bu yolda nə siyasətlərə uydu, nə də cinahlar arası rəqabətlərdən kənar yalnız Milli iradədəni və ölkənin və xalqın mənafeini üstün tütdü. "Dövlət terrorizmi"-nin iyirmi ildən artıq səylərinin nəticəsi olan bu şəhidin fiziki öldürülməsindən sonra Qərb-ərəb "media terrorizmi" tərəfindən onun şəxsiyyətini başqa cür qələmə vermək cəhdi indi gündəmdədir; şübhə yoxdur hansı ki, bu ağrılı cinayəti həyata keçirənlərdən və komandirlərindən intiqam tələbini kölgədə qoymaq üçün çıxılmaz bir cəhddir. Məktəbimizdə şəhidliyin mücahidlərin mükafatı olduğuna inanılır və şəhid bu yüksək məqama çatmazdan əvvəl ilahi imtahan zamanı şəhid statusu qazanır". 
Bəyanatda şəhid Fəxrizadənin mənəvi şəxsiyyəti üzərində takid olunaraq onun şəxsiyyətinin təsiri altinda İran və İslam dünyasının elmi inkişafının sürətlənməsi vurğulanıb; Dünya Sionizminin liderlərinin elm və bilik sahəsinə girəcək minlərlə Fəxrizadənin və "Şəhid Dr. Möhsün Fəxrizadə" adını sonsuza qədər unutmayacaqları da xüsusi qeyd edilib.

Teqlər