Yan 08, 2021 15:47 Asia/Baku
  • Amerikanın sanksiyalar aradan qaldırılmadan nüvə anlaşmasına qayıtması bizim zərərimizədir

"Amerikanın sanksiyalar aradan qaldırılmadan nüvə anlaşmasına qayıtması hətta ölkənin zərərinə də ola bilər."

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İranın məclisinin nüvə anlaşması üzrə öhdəliklərdən digər bir hissəsinin azaldılması barədəki qərarı və dövlətin bu istiqamətdəki addımı tamamilə düzgün və aqilanədir.

O həzrət deyiblər: Amerikanın sanksiyalar aradan qaldırılmadan nüvə anlaşmasına qayıtması hətta ölkənin zərərinə də ola bilər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər Qom əhalisinin 1356-cı günəş ili 19 dey qiyamının ildönümü günü münasibətilə etdikləri televiziya çıxışında İranda 20 faizlik nüvə zənginləşdirilməsinin başlanmasına işarə edərək, əlavə ediblər: İran İslam Respublikası Amerikanın nüvə anlaşmasına qayıtmasına əsla israr etməyir və tələsmir. Əksinə bizim məntiqli tələbimiz, sanksiyaların aradan götürülməsi və xalqın qəsb olunmuş haqqının geri qaytarılmasıdır ki, bu Amerikanın və onun ardınca gedən avropalıların vəzifəsidir.

O həzrət söyləyiblər: Əgər sanksiyalar aradan qaldırıldı, Amerikanın nüvə anlaşmasına geri dönməsi məna kəsb edir. Əlbəttə, bizim tələblərimizdən biri olan xəsarətlər məsələsi, sonrakı mərhələdə izlənəcəkdir. Amma Amerikanın sanksiyalar aradan qaldırılmadan nüvə anlaşmasına qayıtması hətta ölkənin zərərinə də ola bilər.

İslam İnqilabının Böyük Rəhbəri böyük imperializm bütünün qarışmış vəziyyətinə işarə ilə belə əlavə ediblər: Seçki və hər neçə gündən bir/ bir qaradərilinin qurbanı olduğu insan haqları rüsvayçılığı, dünyanın və hətta Amerikanın dostlarının belə, istehzasına səbəb olan Amerikanın iddia olunan dəyərlərinin mahiyyətinin ifşa olunması, iflic iqtisadiyyat, on milyonlarla işsiz, evsiz və ac insanın mövcud olması Amerikanın qarışıq vəziyyətini göstərir ki, əlbəttə, bu, qəribə deyil. Qəribə olan budur ki, hələ də bəzilərinin arzusu və qibləsi, Amerikadır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin İranın regional iştirakının mənası və məntiqini İran İslam Respublikasının dostları və tərəfdarlarının gücləndirilməsi adlandırıb və belə söyləyiblər: İran İslam Respublikasının regionda iştirakı sabitlik gətirən olaraq, səbatsızlığın aradan götürülməsinə səbəb olur. Necə ki, bu gerçəkliyi Suriya və İraqda hamı gördü. Deməli, bu iştirak qətidir və mövcud olmalıdır və olacaqdır da.

O həzrət İranın bugünkü müdafiə gücünün nümunələrini, o sıradan İran səmasında Amerikanın təcavüzkar təyyarəsinin vurulması və ya Əynuləsəd bazasının darmadağın edilməsini xatırladaraq. Deyiblər: Düşmən bu reallıqlar qarşısında İranın müdafiə gücü və qabiliyyətlərini öz hesablamaları və qərarlarında nəzərə almağa məcburdur.

Həzrət Ayətullahuluzma Xamenei daha sonra Amerika və İngiltərə vaksinlərinin ölkəyə daxil olmasını qadağan edərək, deyiblər: Amerikalılar əgər vaksin istehsal edə bilsəydilər, ölkələrində bu koronavirus biabırçılığı meydana gəlməzdi ki, bir gündə təqribən dörd min nəfərli tələfata malik olmuş olsun. Eyni zamanda onlara etibar yoxdur və bəzən bu vaksinlər xalqlar üzərində sınaq üçün olur.

Teqlər