Yan 10, 2021 14:16 Asia/Baku
  • Qalibaf: Qərb cəbhəsi İran xalqının hüquqlarını tanımalıdır

İran İslam Şurası Məclisinin sədri Qərb ölkələrinə müraciət edərək deyib: Qərb cəbhəsi bilməlidir ki, İran xalqının hüquqlarını tanımalı və əgər İran xalqına təzyiq göstərərsə, özünü ona uyğun xərc ödəməyə hazırlamalıdır.

SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf məclisin bugünkü plenar iclasında sonra bildirib ki, Tehranın düşmənlə qarşılaşmadakı əsas strategiyası, sanksiyaları təsirdən salmaqdır.

O, sonra belə qeyd edib: "Nüvə anlaşması İran üçün müqəddəs bir anlaşma deyil. Bu anlaşma sanksiyaları aradan götürmək üçün İran İslam Respublikasının qəbul etdiyi şərtlərlə ortaya qoyulub".

ABŞ-ın nüvə anlaşmasına qayıdışının İran üçün əhəmiyyətli olmadığını vurğulayan Qalibaf deyib: "İran üçün sanksiyaların praktiki və duyulacaq dərəcədə aradan qaldırılması önəm daşıyır".

İran İslam Şurası Məclisinin sədri daha sonra belə qeyd edib: "Tehran nüvə anlaşmasından çıxmağın ardınca olmadan, bu anlaşmanın mətninə əsasən, müqabil tərəfin öhdəliklərinin icra olunmaması qarşısında öz öhdəliklərini icra etməmək haqqına malikdir".

Qalibaf söyləyib: "Tehran nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə o zaman əməl edəcək ki, İran İslam Respublikası öz neftini sata və bu satışdan əldə olunan valyuta ilə rəsmi bank mexanizmi vasitəsilə xalqının ehtiyaclarını təmin edə bilmiş olsun".

Teqlər