İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ilk gecəsi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i372067-İnqilab_rəhbərinin_iştirakı_ilə_həzrət_zəhra(s.ə)_nın_əzadarlıq_mərasiminin_ilk_gecəsi_keçirilib
Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ilk gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 15, 2021 08:27 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ilk gecəsi keçirilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın əzadarlıq mərasiminin ilk gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

SəhərAzəri xəbər verir, bu mərasimdə höccətulislam vəlmuslimin Kazem Seddiqi tərəddüd və yayınmadan toxunulmazlıq və qəti etiqad dərəcəsinin önəminə toxunaraq, Həzrət Zəhra(s.ə)-nın müqəddəs varlığının iman və qətiliklə dolu olduğunu bildirib və belə deyib: Quranın şərif ayələrinə əsasən, haqq yolunda müqavimət, sabitlik və qətiliyə çatmağa lazım olan məsələ, Allah-Taalaya bəndəlik və zalımlardan pəhriz etmək, həmçinin yaxşılığın üstünlük təşkil etməsidir.

Mərasimdə Məhdi Səmavati də müsibəti zikr edərək, təvəssül duası oxuyubdur.

Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə)-ın əzadarlığı mərasimi Fatimiyyə günlərilə bir vaxtda dünən gecədən başlanıb.

2021-ci il yanvarın 17-si, 1442-ci hicriye-qəməri ili cəmadiussani ayının üçü, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.