Yan 16, 2021 13:40 Asia/Baku
  • İranla Azərbaycan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıqlar genişlənir

İranın Azərbaycan Respublikasındakı səfiri bu ölkənin Dövlət Dəmir Yolu Şirkətinin sədri ilə görüşüb və dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıqları müzakirə edib.

SəhərAzəri xəbər verir, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi cümə günü Azərbaycan Respublikasının Dövlət Dəmir Yolu şirkətinin sədri Cavid Qurbanovla görüşdə, iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb.

İranın Bakıdakı səfiri, Azərbaycanın Qarabağda işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin iştirak etməyə maraqlı olduğunu bildirib. 

Qurbanov da bu görüşdə Azərbaycan Respublikasının nəqliyyat-logistika imkanları barədə məruzə edərək, dəmir yolları sahəsində iki ölkə arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib.

İranın Azərbaycan Respublikasındakı səfiri və Azərbaycanın Dövlət Dəmir Yolu Şirkətinin sədri, həmçinin “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Teqlər