Metal uran zavoduna dair anket agentliyə təqdim olunmayıb
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: İsfahan metal uran zavodunun dizaynı üzrə anket hələ agentliyə təqdim olunmayıb və bu addım qanunda təyin edilmiş müddətdə və lazımi tədbirlərin görülməsindən sonra atılacaq.
SəhərAzəri xəbər verir, Səid Xətibzadə bu gün üç Avropa ölkəsinin son bəyanatı barədə söyləyib: "İran İslam Şurası Məclisinin qanununda dərc olunmuş İsfahan metal uran zavodunun istifadəyə verilməsi və Tehran tədqiqat reaktorunda istifadə edilmək üçün modern yanacaq növü olan silisid-in istehsalı bir-birindən tamamilə fərqlənən iki məsələdir".
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra deyib: "Agentliyin məlumat verdiyi məsələ, silisid yanacağı adı altında Tehran tədqiqat reaktoru üçün daha modern yanacağın dizaynı istiqamətində araşdırma və inkişaf fəaliyyətinin başlanmasına nəzarətdir ki, İran iki il bundan qabaq onun proqramını agentliyin nəzərinə çatdırıb və son zamanlar da əlaqədar dizayn informasiyasını təqdim edibdir".
Silisid yanacağı istehsalında metal uranın orta bir məhsul olduğunu nəzərə çarpdıran Xətibzadə söyləyib: "İsfahan metal uran zavodunun dizaynı üzrə anket hələ agentliyə təqdim olunmayıb və bu addım qanunda təyin edilmiş müddətdə və lazımi tədbirlərin görülməsindən sonra atılacaq".
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu barədə əsassız atmosferyaratmaları tənqid və belə qeyd edib: "Metal uranın dincməqsədli istifadələri də var və hazırda bəzi ölkələr öz reaktorları üçün metal urana söykənən yanacaqdan istifadə edirlər və bu məsələ ölkələrin müqavilə öhdəlikləri və NPT müahidəsi ilə təzad təşkil etmir".
Xətibzadə daha sonra deyib: "Bu texnologiya öz xəstələrinin radiodərmanlara olan ehtiyaclarını yüksək keyfiyyətlə təmin etməli olan İran üçün bir zərurətdir və tamamilə humanitar və dincməqsədli cəhətlərə malikdir".
Üç Avropa ölkəsi- Almaniya, İngiltərə və Fransa bir bəyanat yayaraq, İranın Tehran tədqiqat reaktorunun yanacağı kimi metal uran istehsalına hazır olduğunu elan etməsindən nigarançılıq edib və İranı nüvə anlaşmasındakı öhdəliklərinə geri dönməyə çağırıblar.