Yan 20, 2021 15:31 Asia/Baku
  • Vaşinqton Baydenin andiçmə günündə kazarmaya çevrilib

Həsər Ruhani: "Bu gün Donald Trampın nəhs hökumətinin son günüdür."

SəhərAzəri  İran Prezidenti deyib: Vaşinqton Amerikanın yeni prezidentinin andiçmə günündə bir kazarmaya çevrilibdir.

Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında Amerikanın siyasi təcridini Trampdan qalmış bir irs adlandırıb və belə deyib: Bu gün Amerika Trampın xarici siyasətdə, beynəlxalq təşkilatlarda, Fələstin məsələsində, nüvə anlaşmasında və digər beynəlxalq mövzulardakı yanlış siyasətlərilə tək qalıbdır.

«Amerika cəmiyyətinin ikiqütblü olması, Trampın nəhs irsidir» deyən Ruhani söyləyib: Tramp öz dördillik dövrü boyu öz xalqı və dünya üçün zülm, fəsad və problem yaratmaqdan başqa heç bir digər fayda gətirmədi.

İran İslam Respublikasının prezidenti Amerika dövlət terrorizminə də toxunub. O, belə qeyd edib: Amerika prezidenti açıq şəkildə bildirdi ki, digər bir ölkədə qonaq olan yüksək rütbəli hərbi komandanı terror edib və bu hərəkətlə Amerikanın alnına dövlət terrorizmi damğası vuruldu.

Ruhani Amerikada yeni bir hökumətin hakimiyyətə gəlməsinə və İran xalqına qarşı sanksiyaların götürülməsinə də işarə edib və belə söyləyib: Əgər amerikalılar bir fərman verərlərsə, onun müqabilində İranda da fərman veriləcəkdir.

İran İslam Respublikasının prezidenti deyib: Bu gün İran xalqına və bütün dünyaya aydın olubdur ki, iqtisadi terrorizm və maksimum təzyiq yüz faiz uğursuz qalıbdır.

O, söyləyib: İran xalqı müqavimətlə düşmənlərin hədəflərinin həyata keçməsinə icazə vermədi.

Teqlər