Qarabağ məsələsi regionda sülh və dostluq üçün bir fürsətdir
İranın xarici işlər naziri deyib ki, Tehranla Moskvanın ümumi qayğısı olan və Rusiyanın vasitəçiliyi ilə həll edilən Dağlıq Qarabağ böhranı hazırda regionda sülh və dostluq üçün bir fürsətə çevrilibdir.
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə görə Rusiya prezidentinə təşəkkürünü bildirib.
Deyib ki, Tehran və Moskvanın ümumi qayğısı olan Dağlıq Qarabağ böhranı hazırda regionda sülh və dostluq üçün bir fürsətə çevrilibdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu görüşdə Tehran ilə Moskvanın yaxşı münasibətlərinə işarə edib. Bildirib ki, bugünkü iclasda Qarabağ bölgəsinin durumu, nüvə anlaşması, Suriya və Əfqanıstan məsələlərinin həlli, həmçinin Fars Körfəzi bölgəsinin vəziyyəti nəzərdən keçiriləcək.
Zərif öz regional səfərinin davamında Rusiya rəsmiləri ilə ikitərəfli və regional məşvərətlər məqsədilə bu gün Moskvaya daxil olub.
İran xarici işlər nazirinin regional səfərinin növbəti istiqamətləri, Gürcüstan, Ermənistan və Türkiyə olacaq.