İran və Rusiya informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar
Bu gün İran və Rusiyanın xarici işlər nazirləri Moskvada informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.
SəhərAzəri xəbər verir, bu müqavilənin imzalanması İran və Rusiyanın kibertəhlükəsizlik əməkdaşlığı sahəsində bir dönüş nöqtəsi hesab olunacaq.
Bu müqavilənin məziyyətləri/ informasiyaların milli və beynəlxalq təhlükəsizliyinə zəmanət üçün regional və beynəlxalq təşkilatlarda tərəflərin həmkarlığı və koordinasiyasıdır.
Bu müqavilə əsasında İran və Rusiyanın konkret əməkdaşlıq sahələri/ milli və beynəlxalq təhlükəsizliyə zəmanət üzrə regional və beynəlxalq təşkilatlarda lazımi əməkdaşlıq, koordinasiya və kəşfiyyata şamil olan beynəlxalq həmkarlıq, texniki və texnoloji yardımlar, rabitə və informasiya texnolosiyasından istifadə ilə/ törədilmiş cinayətlərlə mübarizə və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi sahələrini əhatə edir.