Amerika nüvə anlaşmasını və 2231 saylı qətnaməni pozub
https://azeri.sahartv.ir/news/İran-i372598-amerika_nüvə_anlaşmasını_və_2231_saylı_qətnaməni_pozub
İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü ABŞ-ın yeni dövlət katibinin ilk sözlərinə cavabda deyibdir ki, Amerika nüvə anlaşmasında və 2231 saylı qətnamədəki öhdəliklərini pozubdur.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2021 10:50 Asia/Baku
  • Amerika nüvə anlaşmasını və 2231 saylı qətnaməni pozub

İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü ABŞ-ın yeni dövlət katibinin ilk sözlərinə cavabda deyibdir ki, Amerika nüvə anlaşmasında və 2231 saylı qətnamədəki öhdəliklərini pozubdur.

SəhərAzəri xəbər verir, Entoni Blinken cümə axşamı günü səhərçağı ABŞ dövlət katibi kimi özünün ilk mətbuat konfransında İranı nüvə anlaşmasını pozmaqda ittiham edib.

İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü Əlireza Miryusefi amerikan «Nyus-Uik» həftəliyi ilə müsahibəsində deyib: Amerika nəinki nüvə anlaşmasındakı öhdəliklərini pozub, həm də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindəki öhdəliklərini də tapdayıbdır.

Mir Yusefi həmçinin bildirib: İranın 20 faizlik nüvə zənginləşdirməsi/ 36-cı maddəsi xüsusiyyət təşkil etməklə, nüvə anlaşmasının məhdudiyyətləri çərçivəsində olub. Həmin maddə İrana anlaşmadakı öhdəliklərinin hamısı və ya bir hissəsini dayandırmaq icazəsi verir.

O, sonra deyib: İran nüvə anlaşmasını pozmayıb və sırf olaraq, onun 36-cı maddəsini fəallaşdırıbdır. Bu maddə İrana icazə verir ki, digər tərəflərin öz öhdəliklərinə sədaqətsizlikləri təqdirində «çarəqılacaq» addımlar atsın.