Yan 29, 2021 11:09 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vurğulayıb: "Təhlükəsizlik və sülhün bərqərar olmasının yeganə yolu bölgə ölkələri arasında geniş əməkdaşlıqdır"

SəhərAzəri xəbər verir, Zərif cümə axşamı günü ərəbcə bir tvitdə yazıb:

"Hörmətli qonşular, bölgənin təhlükəsizliyini yenidən düşünmək üçün bir fürsət yaranıb".

O, təhlükəsizliyin satın alınası olmadığını və ya silah yığmaqla təmin olunmayacağını bəyan edərək, əlavə edib: "Təhlükəsizlik və sülhün bərqərar olmasının yeganə yolu bölgə ölkələri arasında geniş əməkdaşlıqdır və İran daima bu əməkdaşlığı aktivləşdirməyə hazır olduğunu bəyan edib".

İran Xarici İşlər Nazirliyi hər zaman Fars Körfəzindəki ərəb ölkələrini təhlükəsizliyin təmin edilməsində xarici ölkələrdən kömək almaq əvəzinə əməkdaşlıq etməyə dəvət edib.

Teqlər