Yan 29, 2021 19:14 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri İranla əlaqələrin genişləndirilməsini vurğulayıb

Türkiyənin xarici işlər naziri İranla ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə genişləndirilməsini istəyib.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu bu gün İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra birgə mətbuat konfransında deyib ki, iki ölkə əlaqələri daha da genişləndirilməlidir.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, ən çətin zamanlarda Türkiyə və İran bir-birinin kənarında olub.

Birgə əhatəli fəaliyyət planını dəstəkləyən Çavuşoğlu Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının ləğv edilməsinə təkid edib.

Türkiyənin xarici işlər naziri sonra qeyd edib ki, Suriya böhranının nizamlanmasına dair Astana razılaşmasının davamı olaraq, Türkiyə-İran-Rusiya üçtərəfli görüşü bu dəfə Tehranda keçiriləcək.

İran İslam Respublikasının xarici işlər naziri də bu mətbuat konfransında İran ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün olduqca geniş imkanların mövcud olduğunu vurğulayıb.

Teqlər