Yan 30, 2021 15:54 Asia/Baku
  • İranın koronavirus vaksini İngiltərə virusunu zərərsizləşdirə bilib

Həzrət İmam Xomeyni(r.ə)-ın fərmanının icra qərargahının peyvən istehsalı üzrə araşdırma qrupunun rəhbəri deyib: "İran vaksinini vuran könüllülərin plazması mutasiyaya uğramış İngiltərə virusunu tam şəkildə zərərsizləşdirə bilib".

SəhərAzəri xəbər verir ki, Dr. Həsən Cəlili əlavə edib: "İngiltərə virusunun yoluxuculuq qabiliyyəti 70 faizdən çoxdur, lakin onun patogenliyinin nə qədər dəyişdiyi hələ dəqiq bəlli deyil".

İranın koronavirus peyvəndinin klinik sınaqlarına nəzarət edən mütəxəssis Minu Mohrəz də bu vaksinin İngiltərə variantına uğurlu təsirindən məmnun olduğunu bildirərək, deyib: "Bu sınaq ilk peyvənd olunan üç könüllünün üzərində tamamilə uğurlu olub".

O, xatırladıb: "İnsan üzərində sınaqların ilk mərhələsində, könüllülərdə indiyədək heç bir yan təsir görünməyib".  

Teqlər