Fev 01, 2021 09:34 Asia/Baku
  • Əmir Abdullahian: İran İraqın təhlükəsizliyini qətiyyətlə dəstəkləyir

İslam Şurası Məclisinin sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: "İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və qətiyyətlə dəstəkləyir".

SəhərAzəri xəbər verir ki, "Hüseyin Əmir Abdullahian", BMT Baş Katibinin İraq üzrə Xüsusi Nümayəndəsi  xanım "Hannis Plasxart" ilə görüşü zamanı iki ölkə arasındakı dərin və strateji əlaqələri vurğulayaraq, söyləyib: "Tehran-İraq münasibətləri həmişə dostcasına olub və daha da genişlənməkdədir.  "

İslami Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi əlavə edib: "ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ölkələrin terrorizmdən idarə edilmiş şəkildə istifadə  etməsi  regionda xüsusi ilə İraqda təhlükə yaradırlar.

BMT Baş katibinin İraq üzrə Xüsusi Nümayəndəsi xanım Hennis Plasxart da, "Terrorizmin kökləri ortadan qaldırılmalıdır və İŞİD-in hərbi məğlubiyyəti ilə onların özəyinin məhv olacağına ümid etmək olmaz" deyə söyləyib.

 

 

 

 

Teqlər