İran "Zülcinah" adlı peykdaşıyıcısını orbitə çıxarıb
https://azeri.sahartv.ir/news/İran-i372797-İran_zülcinah_adlı_peykdaşıyıcısını_orbitə_çıxarıb
İran İslam Respublikası "Zülcinah" adlı ən yeni peykdaşıyıcısını kosmosa göndərib
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 02, 2021 06:27 Asia/Baku
  • İran

İran İslam Respublikası "Zülcinah" adlı ən yeni peykdaşıyıcısını kosmosa göndərib

SəhərAzəri xəbər verir, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Kosmik Qrupunun sözçüsü Əhməd Hüseyni deyib: "Ölkədə aeronavtika sahəsində ilk dəfə olaraq, ən güclü bərak yanacaqlı mühərrikin texnologiyasına yiyələnməklə kombinə edilmiş "Zülcinah"  peykdaşıyıcısı kosmosa göndərilib".

Ə.Hüseyninin sözlərinə görə, bu peykdaşıyıcısını kosmosa göndərməkdə məqsəd İranda bərk yanacaq istehlak edən motorun texnoloji göstəricisini sınaqdan keçirməkdir.

Hüseyni əlavə edib ki, texniki cəhətdən dünyanın hazırkı peykdaşıyıcıları ilə müqayisə oluna biləcək bu peykdaşıyıcısı üç mərhələli yanacaqdan (2 bərk yanacaq, 1 maye yanacaq) istifadə edir və 220 kq çəkisi olan peyki 500 kilometrə qədər daşıya bilər.

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Kosmik Qrupunun sözçüsü deyib: "Bu kosmik sınağın ən mühüm nailiyyətlərindən biri, ölkədə ən güclü bərk yanacaqlı mühərrikin əldə edilməsi və bu məhsulda istifadə olunan digər yeni texnologiyaların təsdiqlənməsidir".

"Hərəkətli bir platformadan atılma qabiliyyətinə görə bu peykdaşıyıcı peyki günəş sinxron orbitdə yerləşdirmə imkanına malikdir və bu da ölçmə peykinə xüsusi qabiliyyətlər bəxş edir.