Fev 05, 2021 10:43 Asia/Baku
  • Belçika məhkəməsinin diplomatımıza qarşı rəyi pislənilib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Belçikanın Antverpen məhkəməsinin iranlı diplomat Əsədollah Əsədiyə qarşı iyirmi il həbs cəzasının çıxarılmasına dair hökmünü pisləyib.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə bu hökmə reaksiyada belə deyib: İran İslam Respublikası Belçikanın Antverpen məhkəməsinin iranlı diplomat Əsədollah Əsədiyə qarşı iyirmi il həbs cəzasının çıxarılmasına dair hökmünü qətiyyətlə pisləyir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra deyib: Bundan öncə də bildirdiyimiz kimi, cənab Əsədinin həbs olunması üzrə bütün etaplar, məhkəmə prosesi və son qərarın çıxarılması qanunsuz olaraq, beynəlxalq hüquq normalarının, xüsusilə də diplomatik münasibətlər barədəki 1961-ci il Vyana konvensiyasının aşkar şəkildə pozulması deməkdir və İran İslam Respublikası onu heç bir vəchlə tanımır.

Xətibzadə sonra söyləyib: Təəssüflə, Belçika və bəzi digər Avropa ölkələri münafiqlər terrorçu qaragüruhunun Avropa ərazisində inadkarcasına və düşməncəsinə atmosferyaratmasının təsiri altında bu kimi qanunsuz və əsaslandırılmaz hərəkətlərə əl atıblar. Buna görə, onlar ölkəmizin diplomatının hüquqlarının biabırçı tərzdə pozulmasına, o cümlədən cənab Əsədinin Almaniya və Belçikada həbsdə olduğu dövrlərdə üzləşdiyi qeyri-insani şəraitə görə cavabdeh olmalıdırlar.

İranın xarici siyasət aparatının sözçüsü vurğulayıb: İran İslam Respublikası cənab Əsədollah Əsədinin hüquqlarının bərpası və öz beynəlxalq öhdəliklərini pozmuş hökumətləri cavabdeh etmək istiqamətində mümkün olan bütün diplomatik və hüquqi yollara istinad etmək üzrə haqqını qoruyub saxlayır.

Teqlər