Şəhidlər Soleymani və Əlmuhəndisin terroru cavabsız qalmayacaq
İranın məhkəmə hakimiyyətinin sədri Bağdad hava limanına daxil olarkən ABŞ tərəfindən «müqavimət komandanları»nın terror edilmələri cinayətinin cavabsız qalmayacağını bildirib.
SəhərAzəri xəbər verir ki, İranın məhkəmə hakimiyyətinin sədri qeyd edib ki, Şəhidlər Soleymani və Əlmuhəndis terrorizmlə mübarizənin qəhrəmanları olublar.
Ayətullah Seyyed Ebrahim Rəisi Bağdad hava limanında şəhidlər Hac Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin xatirə kompleksində olaraq, İslam Dünyasının bu iki başıuca şəhidinin yüksək dərəcəsinə hörmət ifadə edib.
Ayətullah Rəisi İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Hac Qasem Soleymani və İraq xalq səfərbər qüvvələri təşkilatı- Əlhəşduşşəbi-nin sədr müavini Əbu Məhdi Əlmuhəndisin şəhid olduqları məkanda belə qeyd edib: İranlı və iraqlı qanı bu nöqtədə bir-birinə peyvənd olubdur. Bura, Amerikanın cinayəti və beynəlxalq qanunların pozulması simvoludur.
İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri vurğualyıb ki, bu iki böyük şəhid təkcə İrana və İraqa deyil, həm də İslam Ümmətinə və bəşəriyyətə aiddir. O, sonra deyib ki, ilahi intiqam əli həmişə xalqdan gəlib və gələcəkdir.
Amerikanın İŞİD terror qrupuna olan himayərinə də toxunan Ayətullah Rəisi deyib: Amerikanın özü İŞİD-i yaradaraq, onu himayə edir və bu terror qrupuna bütün kəşfiyyat, silah və maliyyə imkanlarını verir. Müsəlman xalqların canına düşür və İŞİD-in qarşısında duranları hədəfə alır.
İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri dünən yüksək vəzifəli bir nümayəndə heyətilə Bağdada daxil olub.
Ayətullah Rəisi İraq ali məhkəmə şurasının sədri Faiq Zidanın rəsmi dəvətilə bu ölkəyə səfər edib.