İranda vaksinasiya başlandı
Bu gün rus «Sputnik V» vaksinindən istifadə ilə İranda vaksinasiya başlanıb.
SəhərAzəri xəbər verir ki, 635 dövlət, özəl və xeyriyyə xəstəxanasında reanimasiya və intensiv terapiya bölmələrində çalışan işçilər üçün vaksinasiya başlanır. Şəfqət işçiləri, həkimlər, feldşerlər və digər tibb işçiləri peyvənd olunacaq qruplardırlar.
İranın səhiyyə naziri bu mərasimdə deyib:İran beynəlxalq təzyiqlərə rəğmən, əlləri bağlı surətdə koronavirus okeanında üzdü. Bu dövrdə sanksiya ilə xalqı minimum xidmətlərdən məhrum etdilər. Amma milli birlik sayəsində böhrandan keçə bildik. Bütün yoluxmuş əzizlərə sağlamlıq arzu edir, bütün həyatlarını itirənlər üçün isə ilahi rəhmət diləyirik.
Müsahibə:
Yaxın gələcəkdə digər mötəbər mənbələrdən vaksin idxal edəcəyik. 65 yaşından yuxarı və əsas xəstəliyə yoluxan şəxslərə, həmçinin sair qruplara peyvənd vurulacaq. Ümid edirik ki, yetmiş faizlik vaksinasiya əhatəsinə nail olmuş olaq. Həmçinin ümid edirik ki, daxildə istehsal olunan vaksin də yazdan etibarən, xalqın əinə çatacaq.
İran İslam Respublikası geniş beynəlxalq təzyiqlərə rəğmən, əlləri bağlı surətdə koronavirus okeanında üzdü.