Fev 11, 2021 18:35 Asia/Baku
  • İran düşmənlərin hədələrini qüvvət və şiddətlə cavablandıracaq

İranın müdafiə naziri deyib: İran İslam Respublikası göstəribdir ki, təhdid edilərsə, qüvvət və şiddətlə ona cavab verəcəkdir.

SəhərAzəri xəbər verir, briqada generalı Əmir Hatəmi İranın Zəncan bölgəsində sionist rejimin son təhdidləri barədə belə qeyd edib: Son dərəcə kövrək bir şəraitdə olan sionist rejim acizlik və qorxudan, heç kəsin qəbul etmədiyi və diqqət yetirmədiyi cəhətləri irəli sürür.

General Hatəmi daha sonra deyib ki, sionist rejimin İran İslam Respublikasına qarşı təhdidlərinə cavab verməyə dəyməz.

İranın müdafiə naziri həmçinin ölkənin müdafiə irəliləyişləri haqda belə söyləyib: Yaxın gələcəkdə və dəniz qoşunları sahəsində «Dena» destroyeri və «Səba» mina ovlayıcısı yekun «sahil və zavod» sınaqlarından sonra İran İslam Respublikası Ordusunun dəniz qoşunlarına qatılacaqlar.

Teqlər