Fev 12, 2021 10:37 Asia/Baku
  • İranın İstanbuldakı baş konsulluğunun işçilərindən heç biri həbs olunmayıb

İran Xarici İşlər Nazirlyinin sözçüsü deyib ki, İranın İstanbuldakı baş konsulluğunun işçilərindən heç biri həbs olunmayıbdır.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə Türkiyə medialarından birində dərc olunmuş yazıya və İranın İstanbuldakı baş konsulluğunun işçisinin həbs olunması barədəki bəzi iddialara cavab olaraq, deyib: Verilmiş yazı tamamilə əsassız olaraq, əsassız ittihamlara söykənir.

İran Xarici İşlər Nazirlyinin mətbuat katibi sonra söyləyib: İranın İstanbuldakı baş konsulluğunun işçilərindən heç biri yaxın və uzaqdan həmin medianın iddia etdiyi fəaliyyətlərlə məşğul olmayıb və deyildir. Həmçinin baş konsulluğun işçilərindən heç biri həbs olunmayıbdır.

Xətibzadə vurğulayıb: Bu mediada adı gətirilən şəxs baş konsulluğun işçisi deyil və baş vermiş məsələni izləmək və onun cəhətlərini aydınlaşdırmaq üçün rəsmi kanallarla Türkiyə başçıları ilə əlaqə saxlayırıq.

Teqlər