Fev 24, 2021 19:34 Asia/Baku
  • İranın AEBA ilə Əlavə Protokol çərçivəsində yenidən əməkdaşlıq şərti

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini deyib: "İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı razılaşma qarşı tərəfə öhdəliklərinə əməl etməsi üçün üç aylıq bir fürsət verir".

SəhərAzəri xəbər verir ki, Şəhriyar Heydəri "İran Press" xəbər agentliyi ilə İran və Agenlik arasındakı razılaşma ilə bağlı verdiyi müsahibədə deyib: "ABŞ və Avropa ölkələrinə yaxşı bir fürsət verilib və əgər onlar öhdəliklərinə əməl edərlərsə, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıq Əlavə Protokol çərçivəsində davam edəcək". 

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini əlavə edib: "Əgər Əhatəli Müştərək Təşəbbüs Proqramı danışıqları davam etdirmək üçün sadəcə bir bəhanədirsə, İran üçün heç bir faydası yoxdur, buna görə də İranın maraqlarını qorumaq üçün İslam Şurası Məclisi "sanksiyaların ləğvi üçün strateji addım" qanununu qəbul edib. 

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini, həmçinin qeyd edib ki, parlament və hökumətin əməkdaşlığı və qarşılıqlı əlaqəsi ilə, sanksiyaların ləğvi üçün strateji addım qanunun ciddi şəkildə həyata keçirilməsi ölkənin maraqlarına xidmət edəcək.

Teqlər