İran və İraq münasibətlərin inkişaf yollarını araşdırıblar
İran və İraqın xarici işlər nazirləri görüşərək, ikitərəfli münasibətlərin inkişaf yollarını araşdırıblar.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif və Fuad Hüseyn Tehranda keçirdikləri görüşdə sərhəd mübadilələri, həmçinin iqtisadi və siyasi əməkdaşlıqların müxtəlif cəhətlərini nəzərdən keçiriblər.
Zərif bu görüşdə Amerikanın İraq-Suriya sərhəd bölgələrində iraqlı qüvvələrə qarşı hücumdakı təhlükəli addımlarını pisləyib və bu qanunsuz hücumları İraqın suverenliyinin pozulması adlandırıb.
İranın xarici işlər naziri İraqın daxilində baş verən bəzi son olay və hücumları şübhəli adlandırıb və bildirib ki, bunlar İran-İraq münasibətlərinə xələl gətirmək və İraqın sabitliyi və təhlükəsizliyini pozmaq məqsədi ilə planlaşdırıla bilər.
Zərif vurğulayıb: İraq hökumətinin bu hadisələrin səbəbkarlarını tapmaq üzrə addımının vacibliyinə təkid edirik.
İraqın xarici işlər naziri də bu görüşdə deyib: İraq hökuməti bu ölkədəki hadisələrdən İranla yüksək səviyyəli münasibətləri pozmaq üçün sui-istifadə icazəsi verməyəcək.