«Kovo-Pars» vaksininin insan üzərində sınağı başlanıb
İranda Razi serumqayırma şirkətinin məhsulu olan «Kovo-Pars» vaksininin kliniki eksperimenti başlanıb.
SəhərAzəri xəbər verir ki, Yeni tərkibli protein üzrə ilk aşılama-tənəffüs peyvəndi olan «Kovo-Pars» vaksininin kliniki eksperimenti bu gün iki könüllü üzərində insan testinin birinci mərhələsinin həyata keçirilməsi ilə başlanıb.
Razi adına vaksin və serumqayırma üzrə araşdırma müəssisəsinin tədqiqat və texnologiya üzrə sədr müavini Mohəmməd Həsən Fəllah bu mərasimdə həmin peyvəndin insan üzərindəki testinin ilk etapında iştirak edən könüllülərin sayını 133 nəfər elan edib. O, deyib ki, on üç nəfər birinci qrupda, yerdə qalanları isə dörd/ otuznəfərlik qrupda bu araşdırma layihəsinə daxil olacaqlar.
Yeni tərkibli protein üzrə ilk aşılama-tənəffüs peyvəndi olan «Kovo-Pars» vaksini bundan qabaq Razi adına vaksin və serumqayırma üzrə araşdırma müəssisəsində təqdim olunub.
Bu vaksin Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun surətdə istehsal edilibdir.