Mart 02, 2021 16:05 Asia/Baku
  • ABŞ DD-nin iddiası: Nüvə anlaşması haqda İranla anlaşmağa hazırıq

ABŞ Dövlət Departamentinin nümayəndəsi iddia edib ki, Amerika hökuməti nüvə anlaşması haqda İranla anlaşmağa hazırdır.

SəhərAzəri xəbər verir, Cenifer Psaki bazar ertəsi günü axşamçağı deyib: Vaşinqton hər iki tərəfin öhdəliklərə sadiq qalması üçün mənalı diplomatiyaya yenidən daxil olmağa hazır olmaqda davam edir və bütün səviyyələrdə 5+1 şərikləri ilə ən yaxşı metod barədə məşvərət edəcək.

Avropa Birliyinin İran və Amerikanın iştirakı ilə nüvə anlaşmasının üzvləri arasında qeyri-rəsmi iclasın keçirilməsinə dair təklfinin ardınca İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirdi ki, Amerikanın və üç Avropa ölkəsinin son mövqe və hərəkətlərinə əsasən, İran İslam Respublikası nüvə anlaşmasının avropalı koordinatoru tərəfindən təklif olunan qeyri-rəsmi iclasın keçirilməsi üçün zamanı münasib hesab etmir.

Səid Xətibzadeh vurğulayıb: Hələ Birləşmiş Ştatların rəftar və mövqelərində heç bir dəyişiklik baş verməyibdir.

Teqlər