Mart 05, 2021 10:11 Asia/Baku
  • Amerika sanksiyaları ləğv etməklə nüvə anlaşmasına geri dönməyə borcludur

İran prezidenti deyib ki, Amerika sanksiyaları ləğv etməklə nüvə anlaşmasına geri dönməyə borcludur.

SəhərAzəri xəbər verir, Həsən Ruhani söyləyib: Amerika Birləşmiş Ştatları bütün sanksiyaları ləğv etmək və real tədbirlər görməklə nüvə anlaşmasına geri dönməyə borcludur. Zira bu, əhdi pozmuş bir dövlətin vəzifəsidir.

İran İslam Respublikasının prezidenti cümə axşamı günü «Koronavirussonrası dövrdə regional iqtisadi əməkdaşlıq» şüarı ilə virtual formada və on üzv ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən EKO iqtisadi əməkdaşlıq təşkilatının 14-cü zirvə görüşündə deyib: Dünya ictimaiyyəti Birləşmiş Ştatlar hökumətinin ötən dörd ildə İran İslam Respublikasına qarşı əhatəli iqtisadi müharibəsi və qanunsuz rəftarının şahidi olub.

O, sonra deyib: Amerikanın İran xalqına qarşı qanunsuz hərəkətləri uğursuz qalıb və İran xalqı COVID-19-la mübarizə və onun təsir və nəticələri sahəsi də daxil olmaqla müxtəlif sahələrdə diqqətəlayiq nailiyyətlər əldə edib.

Ruhani söyləyib: Onun bariz nümunəsi, iranlı alimlərin bilik və təcrübələrindən istifadə ilə koronavirus vaksininin düzəldilməsi istiqamətində atılan addımdır və bu istiqamətdə EKO-ya üzv ölkələr xüsusiyyət təşkil etməklə digər ölkələrlə əməkdaşlığa hazırıq. Həmçinin EKO bölgəsinin koronavirusdan sonrakı dünya ilə münasibət tərzi barədə həmkarlıq etməyə hazırıq.

Ölkə prezidenti habelə vurğulayıb: EKO iqtisadi əməkdaşlıq təşkilatı regional siyasətə hakim kəsilmiş paradiqmada mühüm bir prioritet və İran İslam Respublikasının qonşuluq siyasətinin mühüm bir hissəsidir.

Teqlər