Mart 12, 2021 13:14 Asia/Baku
  • Sanksiyanın nəticələri terrorizm və hərbi cinayət kimidir

İranın BMT-dəki daimi nümayəndəsi deyib: Sanksiyanın geniş, dağıdıcı və uzunmüddətli nəticələri həm terrorizm qədər vəhşicəsinədir, həm də hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayət kimi, cinayətkarcasınadır.

SəhərAzəri xəbər verir, Məcid Təxte Rəvançi «Döyüşlərdə aclıq və qıtlıq» mövusu ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında sonra belə deyib: Dünyada qida əmin-amansızlığı ilə mübarizə üçün mühasirələr və sanksiyaların götürülməsi və beynəlxalq həmkarlığın gücləndirilməsi zəruridir.

İranın BMT-dəki daimi nümayəndəsi söyləyib: Beynəlxalq humanitar hüquqlara əsasən, silahlı toqquşmalar və işğal zamanı mülkilərin qidaya əlçatanlığının təmin edilməsi icbari, hərbi vasitə kimi mülki vətəndaşlara aclıq çəkdirmək isə qadağandır.

Təxte Rəvançi bildirib ki, Qəzzəyə qarşı mühasirənin yığışdırılması və Yəmən xalqı əleyhinə insanlığa sığmayan mühasirənin təcili surətdə aradan qaldırılmasından zəruri heç bir məsələ yoxdur.

O, sanksiyaların tətbiq edilməsini qida əmin-amansızlığı yaratmağın əsas amillərindən biri kimi qeyd və Amerikanın İranın qidaya, dərmana və tibb ləvazimatına əlçatanlığının qarşısının alınmasında, eləcə də koronavirusla təsirli mübarizədə İranın qabiliyyətini zəiflətməkdəki roluna işarə edib.

İranın BMT-dəki daimi nümayəndəsi sonra belə qeyd edib: Ölkələr digər dövlətləri təzyiq altında qoymaq üçün siyasi və iqtisadi cəza vasitələrindən istifadə etməməli və qida əmin-amansızlığı ilə mübarizədə əsas bir addım kimi sanksiyaların tez bir zamanda götürülməsi nəzərdə tutulmalıdır.

Teqlər