Qalibaf: “İran İslam İnqilabı güclə irəliləyir”
İslam Şurası Məclisinin sədri, İran İslam İnqilabının bütün çətinliklərə baxmayaraq güclə irəlilədiyini ifadə edərək, müvəffəqiyyət olduğu zaman bunun inanc və ideoloji prinsiplərə güvənməsindən qaynaqlandığını vurğulayıb.
SəhərAzəri xəbər verir ki, "Məhəmməd Baqir Qalibaf" bu gün (şənbə) Şərqi Azərbaycan vilayətinin Təbriz Şəhərinin Universitetinin Vəhdət zalında Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100 illiyi konfransında deyib ki, Şeyx Məhəmməd Xiyabani İranda bir simvol olaraq yad edilir.
Bütün İranlıların qeyrətli Azərbaycan əhalisilə fəxr etdiklərini söyləyən Qalibaf, bu torpaq tarixində mübarizənin və müqavimətin önə çıxdığını və bu torpağın şəxsiyyətlərin mübarizəsinə bağlı olduğunu söyləyib.
Qalibaf əlavə etdib ki, Müqəddəs Müdafiə dövründə azərbaycanlı gənclərin qanı İranın ən cənub nöqtəsindən şimal-qərbdəki uca dağlara tökülübdür.
İŞM-nin sədri həmçinin, eyni inqilabi inanclarla, ölkəni irəliləməyə borclu olduğumuzu da söyləyib.
Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100-cü ildönümünə həsr olunmuş konfrans bu gün Təbriz Universitetinin Vəhdət zalında açılışı olub.
Şeyx Məhəmməd Xayabani, 1909-ci ildə, parlaq keçmişinə görə Təbriz xalqının ikinci parlamentə təmsilçisi seçildi və seçkidən sonra Tehrana getdi və millətin azadlığını və hüquqlarını müdafiə etməkdə üstün oldu.