Mart 16, 2021 08:35 Asia/Baku
  • Zərifin iştirakı ilə

İranın xarici işlər nazirinin iştirakı ilə "1400-cü il Novruzu, Dostluq Novruzu" adlı mərasim keçirilib.

SəhərAzəri xəbər verir ki, İranın Xarici İşlər Nazirliyində, Məhəmməd Cavad Zərifin iştirakı ilə "1400-cü il Novruzu, Dostluq Novruzu" adlı mərasim keçirilib.

Mərasimdə Tehranda yaşayan bir qrup xarici səfirlər və nümayəndələr, o cümlədən Novruzun qeyd olunduğu 12 ölkənin səfirləri, o cümlədən Azərbaycan Respublikası, Fələstin, İngiltərə, Rusiya vəÇinin səfirləri iştirak edib.

Mərasimdə, həmçinin İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Əli Əsğər Munisan, Elm, tədqiqat və texnologiya naziri Mənsur Qulami, Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə və "UNESCO"nun Milli Komissiyanın katibi Höccətullah Əyyubi də iştirak ediblər.

Teqlər