Mart 18, 2021 16:46 Asia/Baku
  • Novruz parlaq gələcəyə ümid və dostluq mesajıdır

EKO iqtisadi əməkdaşlıq təşkilatının mədəniyyət müəssisəsinin direktoru vurğulayıb ki, novruz şənlikləri olduqca vacibdir, zira novruzun mesajı, dostluq və həyata ümiddir.

SəhərAzəri xəbər verir ki, Sərvər Bəxti dünən Tehranda, EKO-nun mədəniyyət müəssisəsi məkanında İran-Press informasiya agentliyi ilə müsahibədə novruzun mesajının parlaq gələcəyə ümid olduğunu bildirərək, deyib ki, Novruz mərasimi insani dəyərləri təlim verir.

Sərvər Bəxti sonra deyib: EKO müəssisəsi novruz şənliyini keçirməklə bütün EKO ölkələrinin və dünya xalqlarını həmrəyliyə və dostluğa çağırır.

EKO bölgəsi xalqlarının inteqrasiyasını genişləndirmək məqsədini güdən «Həmrəylik novruzu» şənliyi İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının prezidenti Qolaməli Həddad-Adilin, həmçinin Əfqanıstan, Tacikistan və Pakistanın İrandakı səfirlərinin iştirakı və EKO iqtisadi əməkdaşlıq təşkilatının mədəniyyət müəssisəsinin direktoru Sərvər Bəxtinin təşkilaçılığı ilə dünən Tehranda keçirilib.

Bu beynəlxalq festivalın kənarında Əfqanıstan, Azərbaycan Respublikası, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın foto və əl işləri sənayesi sərgisi açılıb.

Həmçinin EKO bölgəsi ölkələrindən olan insənət ustaları bu bölgə ölkələrinin musiqilərini icra edib,/ rəsmi şəxslər və qonaqlar sərgini nəzərdən keçiriblər.

Teqlər