İranın yüksək müdafiə hədəflərinə nail olması davam edir
İran İslam Respublikasının müdafiə naziri yüksək müdafiə məqsədlərinə nail olmağın daha güclü şəkildə davam etdiyini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, briqada generalı Əmir Hatəmi İran Müdafiə Nazirliyinin baş müdirlərinin videokonfrans formatında keçirilən toplantısında deyib: Bütün məhdudiyyətlərə və təhlükələrə rəğmən, cari ildə müdafiə sənayesində diqqətəlayiq irəliləyişlərin şahidi olduq.
İran İslam Respublikasının müdafiə naziri Amerikanın İrana qarşı silah sanksiylarını uzatmağa çalışmasına işarə edərək, söyləyib: Bir çox hərəkətlər İran İslam Respublikası üzərində qələbə mehvəri ilə edilib və edilir, amma sonda düşmənlərin nəhs fitnələri nəinki uğursuz qalır, həm də regionun vəziyyəti Amerikanın və onun müttəfiqlərinin zərərinə formalaşır.
General Hatəmi deyib: Raket və müdafiə qüdrəti, həmçinin regional sahələrdə mübarizə aparmaqda davam edəcək və bu sahələrdə yüksək məqsədlərə nailolmanı tam qüdrətlə davam etdirəcəyik.
General Hatəmi vurğulayıb: Tərəqqi və iftixar zirvələrinə nail olanadək İslami İranın şərəfli xalqının kənarında var gücümüzlə dayanacağıq.