İmam Səccad(ə)-ın mövlud günü mübarək olsun!
Bu gün, 1442-ci hicri qəməri ili şəban ayının beşi, 2021-ci milad ili martın 19-u, dünya şiələrinin dördüncü imamı, İmam Zeynəlabidin(ə)-ın mövludu gününün ildönümüdür.
SəhərAzəri xəbər verir ki, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ili şəban ayının beşində Mədinə şəhərində dünyaya göz açıb.
İmam Səccad(ə)-ın möhtərəm atası, dünya şiələrinin ücüncü imamı, Həzrət İmam Hüseyn(ə)-dır.
İmam Səccad(ə) bütün fəzilət, əxlaq və insanlığın bariz xüsusiyyətlərində kamillik həddində idi.
O həzrət öz zəmanəsinin ən möhtərəm, ən səbirli, ən təqvalı və ən yüksək şəxslərindən hesab olunur və böyük əxlaq sahibi olaraq, aydın ifadə bacarığına malik idi.
O həzrət insanlar ilə çox mehriban, yoxsullara və ehtiyaclılara çox səxavətli idi.
İranın Teleradio Təşkilatı İmam Zeynəlabidin(ə)-ın mübarək mövludunun ildönümü günü münasibətilə şiələri və bütün dünya azadlıqsevərlərini təbrik edir.