Zərif Tacikistana yola düşür
https://azeri.sahartv.ir/news/İran-i374980-zərif_tacikistana_yola_düşür
İran Xarici İşlər Nazirliyinin sözçüsü, xarici işlər naziri Məhəmməd Cavad Zərifin Asiya ölkələrinin xarici işlər nazirlərinin "Asiyanın Qəlbi- İstanbul Prosesi" toplantısında iştirak etmək üçün Tacikistana səfərini elan etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2021 09:23 Asia/Baku
  • Zərif Tacikistana yola düşür

İran Xarici İşlər Nazirliyinin sözçüsü, xarici işlər naziri Məhəmməd Cavad Zərifin Asiya ölkələrinin xarici işlər nazirlərinin "Asiyanın Qəlbi- İstanbul Prosesi" toplantısında iştirak etmək üçün Tacikistana səfərini elan etdi.

SəhərAzəri xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bir tvit yazaraq, Məhəmməd Cavad Zərif-in Bazar günü Tacikistan rəsmiləri ilə görüşmək və Asiya ölkələrinin xarici işlər nazirlərinin "Asiyanın Qəlbi- İstanbul Prosesi "  toplantısında iştirak etmək üçün Tacikistana səfər edəcəyindən xəbər verib.

Xətibzadə əlavə edib: "Ortaq sivilizasiya, tarix və, mədəniyyət irsi iki müttəfiq millət və eyni dilə sahib olan İran və Tacikistan arasında ayrılmaz bir əlaqə yaradıb."