Mart 29, 2021 23:28 Asia/Baku
  • Zərif Tacikistan prezidenti ilə görüşüb

Tacikistanda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi" Konfransınada iştirak edən Məhəmməd Cavad Zərif, Prezident İmaməli Rəhman və Xarici İşlər Naziri Məhəmməd Hanif Atmər ilə görüşdü

SəhərAzəri xəbər verir ki, Zərif və İmaməli Rəhman arasındakı görüş zamanı ikitərəfli məsələlər və iki ölkə arasında iqtisadi, ticarət, enerji, sənaye, nəqliyyat, elm və mədəniyyət daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilərək ,iki ölkə arasında əməkdaşlıq üzrə ortaq komissiya vurğulandı.

Görüş zamanı həmçinin terrorizm və ekstremizm, narkotik ticarəti və digər sərhədlərarası mütəşəkkil cinayətkarlığa qarşı birgə iş birliyi müzakirə edildi.

İran Xarici işlər naziri bazar ertəsi axşam paytaxt Düşənbə-nin Beynəlxalq Hava Limanınada Tacikistan rəsmiləri tərəfindən rəsmi qarşılandı.

İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, "Asiyanın Qəlbi-İstanbul Prosesi" Konfransında iştirak və Tacikistan rəsmiləri ilə ikitərəfli münasibətləri müzakirə etmək üçün iki günlük rəsmi səfərə çıxıb.

"Asiyanın Qəlbi-İstanbul Prosesi"-nin 15 üzvünü İran İslam Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Çin, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə edir.

Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Danimarka, Misir, Fransa, Finlandiya, Almaniya, İraq, İtaliya, Yaponiya, Norveç, Polşa, İspaniya, İsveç və İngiltərə "Asiyanın Qəlbi-İstanbul Prosesi"-ni dəstəkləyirlər.

 

"Asiyanın Qəlbi-İstanbul Prosesi" Konfransı 2011-ci ildən 2019-cu ilədək İstanbul, Kabil, Almatı, Pekin, İslamabad, Amritsar, Bakı və İstanbulda keçirilmişdir.

 

Teqlər