Mart 30, 2021 11:23 Asia/Baku
  • Zərif Azərbaycanın XİN başçısı ilə görüşüb

Tacikistanda rəsmi səfərdə olan İranın xarici işlər naziri "Asiyanın Ürəyi" konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşüb və fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif və Ceyhun Bayramov bu görüşdə Qafqaz regionunda son vəziyyət, Xəzər dənizində qarşılıqlı əməkdaşlıq, iqtisadi və siyasi sahələrdə digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

İranın xarici işlər naziri, həmçinin Tacikistanın prezidenti  İmaməli Rəhmanla da görüşüb və ikitərəfli məsələlər və İranla Tacikistan arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji, nəqliyyat, elm və mədəniyyət sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Hindistanın xarici işlər naziri Cayşankar, Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Ətmər və Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransı CICA-nın icraçı direktoru Kayrat Sarıbayla görüş, Zərifin Tacikistan səfərinin digər planlarından olub.

Teqlər