Yeni ildə ilk dəfə Koronavirusdan ölənlərin sayı kəskin artdı
https://azeri.sahartv.ir/news/İran-i375205-yeni_ildə_ilk_dəfə_koronavirusdan_ölənlərin_sayı_kəskin_artdı
İranın Tibbi Təhsil və Səhiyyə Nazirliyi, son 24 saat ərzində Koronavirusa yoluxan 117 xəstənin ölümü ilə ölkədə Koronavirusdan ölənlərin sayının 62.876-ya çatdığını açıqladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 09:57 Asia/Baku
  • Yeni ildə ilk dəfə Koronavirusdan ölənlərin sayı kəskin artdı

İranın Tibbi Təhsil və Səhiyyə Nazirliyi, son 24 saat ərzində Koronavirusa yoluxan 117 xəstənin ölümü ilə ölkədə Koronavirusdan ölənlərin sayının 62.876-ya çatdığını açıqladı.

SəhərAzəri xəbər verir ki, İranın Tibbi Təhsil və Səhiyyə Nazirliyinin sözçüsü "Sima Sadat Lari", cümə günü verdiyi açıqlamada dyib: Bunlardan 1130 nəfərinin xəstəxanaya yerləşdirildiyi müəyyən edildi.

Tibbi Təhsil və Səhiyyə Nazirliyinin sözçüsü, "Ölkədəki COVİD-19 xəstələrinin ümumi sayı bir milyon 908 min 974 nəfərə çatdı."deyib.

Lari əlavə edib: "İndiyə qədər bir milyon 633 min 949 xəstə müalicə edilib və ya xəstəxanaya yerləşdirilib."

Rəsmi statistikalara görə bu günə qədər dünyada COVİD-19  xəstəliyinə yoluxanların sayı 130 milyondan çox olub ki bu xəstəlik səbəbiylə 2 milyon 842 mindən çox insan həyatını itirib.