Apr 06, 2021 20:02 Asia/Baku
  • Aİ: Nüvə anlaşmasını əsas yola qaytarmaq istəyirik

Avropa Birliyi iddia edir ki, İranla nüvə anlaşmasını əsas yola qaytarmaq və onun tərəflərini bu anlaşmanın zərurətlərinə sadiq qalmağa qane etmək istəyir.

SəhərAzəri xəbər verir ki, Avropa Birliyi nüvə anlaşması komissyasının bugünkü iclası haqda belə qeyd edib: Bugünkü Vyana iclasının məqsədi, İran əleyhinə tətbiq olunmuş və aradan qaldırıla bilən sanksiyaların mahiyyəti barədə danışmaqdır.

Avropa İttifaqı həmçinin belə iddia edib: Bu iclasın əsas hədəfi, nüvə anlaşmasının bərpasıdır, lakin biz hələ uzun və mürəkkəb bir yolun başlanğıcındayıq.

Bu gün həmçinin, dünən axşamçağı bir nümayəndə heyətinin başçısı kimi Vyanaya daxil olmuş İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas Əraqçi Vyanada və nüvə anlaşması üzrə birgə komissyanın iclası ərəfəsində sıx məşvərətlərdən xəbər verib.

Bugünkü Vyana görüşü Avropa Birliyinin nümayəndəsi, həmçinin İran və dörd üstəgəl bir qrupunun nümayəndə heyətlərinin iştirakı ilə, nüvə anlaşması üzrə birgə komissyanın cümə günü keçirilən virtual iclasından sonra təşkil olunur. Cüməgünkü görüşdə tərəflər müzakirələri, bu gün çərşənbə axşamı günü, üzbəüz şəkildə davam etdirmək barədə razılaşdılar.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə də dünən bir mətbuat konfransında iranlı heyətin Vyanada dörd üstəgəl bir qrupu ilə danışıqlarına toxundu və bir daha vurğuladı ki, Vyanada və heç bir digər məkanda Amerikadan heç bir tərəflə birbaşa və ya dolayısı ilə danışıq aparılmayıb və aparılmayacaq da.

Teqlər