Apr 10, 2021 15:42 Asia/Baku
  • Amerika ilə birbaşa və ya dolayısı ilə müzakirəyə ehtiyac yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, bütün sanksiyaların ləğv edilməsindən və Amerikanın nüvə anlaşmasına geri dönməsindən öncəyədək Amerika ilə birbaşa və ya dolayısı ilə müzakirəyə ehtiyac yoxdur.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə CNN ilə müsahibədə vurğulayıb ki, Vyanada və ya digər məkanda İran Amerika ilə onun nüvə anlaşmasına qayıtmasından öncə hər hansı birbaşa və ya dolayısı ilə müzakirə aparmayacaq.

Xətibzadə bildirib ki, İranın mövqeyi tamamilə aydındır. İrana qarşı bütün sanksiyalar ləğv edilməlidir.

O, deyib: Bayden hökuməti kağız üzərində deyil, əməldə göstərməlidir ki, Tramp hökumətinin səhvlərini düzəltmək niyyətindədir.

Xətibzadə söyləyib: Bayden hökumətində bəziləri nüvə anlaşmasına sadiq qalmaq yerinə, daha çox Tramp hökumətinin İrana qarşı sanksiyalarına israr edir və onlara sadiqdirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dünyada öz milli təhlükəsizliyindən vaz keçəcək bir ölkə yoxdur və raketlər ölkəni müdafiə etmək üçündür.

O, vurğulayıb: Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar götürülməli və hər şey 2017-ci ilin yanvarından öncəyə qayıtmalıdır.

Xətibzadə vurğulayıb: Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, özünün bütün öhdəliklərinə sadiq qalmalı və hər bir marka ilə olursa-olsun, İrana qarşı bütün sanksiyaları ləğv etməlidir.

Teqlər