Apr 13, 2021 12:46 Asia/Baku
  • Nüvə təsisatlarının qəsdən hədəfə alınması hərbi cinayətdir

İranın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşə məktubda yazıb ki, zəmanət altında olan nüvə təsisatlarından birinin qəsdən hədəfə alınması hərbi cinayətdir.

SəhərAzəri xəbər verir ki, Bir tvittdə Quterreşə məktubundan xəbər verən Məhəmməd Cavad Zərif sonra bildirib: BMT baş katibinə xitabən yazdım ki, zəmanət altında olan nüvə təsisatlarından birinin, radioaktiv maddənin hədəfsiz və ümumi şəkildə sızması kimi yüksək təhlükə ilə qəsdən hədəfə alınması, bir nüvə terrorizmi və hərbi cinayətdir.

O, sonra yazıb ki, sionist rejim ABŞ seçkilərindən sonra nüvə anlaşmasının bərpasının qarşısını almaq üzrə hərəkətlər barədə təhdid etmişdi və hazırda onları həyata keçirir.

Zərif daha sonra yazıb: Əgər Birləşmiş Ştatlar bu axmaqcasına qumarın nəticələrinin qarşısını almaq istəyirsə, Tramp tərəfindən icra olunmuş iqtisadi terrorizmdən və ya son nüvə terrorizmindən bir müzakirə vasitəsi kimi istifadə etməkdən əl çəkməli və bütün tətbiq edilmiş sanksiyaları və nüvə anlaşmasının icrasından sonra yenidən tətbiq olunmuş və adı dəyişdirilmiş sanksiyaları ləğv etməlidir.

Zərif vurğulayıb: Birləşmiş Ştatların bütün sanksiyalarının ləğv olunmasının doğruluğunun vaxtında yoxlanılmasından sonra İran ona özünün əvəzçıxma tədbirlərini dayandırmaqla cavab verəcək. Qeyd olunan tədbirlər hazırda son nüvə təxribatçılığına görə, nəzərəçarpacaq tərzdə yüksələn xətt ilə inkişaf edəcək.

Teqlər