İran və Naxçıvan həmkarlıqlarının inkişaf yolları araşdırılıb
İranın Naxçıvandakı baş konsulu və bu muxtar respublikanın neft və qaz məhsullarının təmin edilməsi müəssisəsinin direktoru ikitərəfli həmkarlıqların genişləndirilməsi barədə danışıblar.
SəhərAzəri xəbər verir ki, Seyyed Əhməd Hoseyni və Bəhruz Əzimov Naxçıvanın neft və qaz məhsullarının təmin edilməsi tərzini nəzərdən keçiriblər.
Görüşdə Hoseyni deyib ki, İran İslam Respublikası Azərbaycan Respublikası da daxil olmaqla qonşularla daha dərin və səmimi əlaqələrə diqqət yetirir.
Naxçıvan Muxtar Respublikasının neft və qaz məhsullarının təmin edilməsi müəssisəsinin direktoru da İran İslam Respublikasını regionda böyük və önəmli bir ölkə adlandırıb. Bildirib ki, İranla dostcasına və səmimi münasibətlər həmişə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası üçün önəmlidir.
Əzimov sonra deyib: Naxçıvan Muxtar Respublikasının neft və qaz sektorundakı ehtiyaclarının başlıca hissəsi İran yolu vasitəsilə təmin olunur və xoşbəxtlikdən, bu məsələ sürətlə və heç bir problem olmadan həyata keçir; bu cəhətdən, İran İslam Respublikasına təşəkkür edirik.