Apr 22, 2021 17:38 Asia/Baku
  • Rusiyanın iri halal məhsullar bazarı iranlı ixracatçıların intizarında

Rusiyanın və Avrasiya ölkələrinin iri halal yeyinti sənayesi bazarları İran məhsullarının başlıca müştəriləri sayılırlar.

SəhərAzəri xəbər verir ki, Moskva qida maddələri sərgisinin icraçı direktoru İvan Vorobyov Avrasiya ölkələrində yaşayan milyonlarla müsəlmana və Rusiyanın otuz milyon nəfərlik müsəlman əhalisinə işarə ilə deyib: Halal yeyinti sənayesi iranlı ortaqlarla həmkarlıq üçün böyük imkan yaradıb. Ümid edirik ki, günbəgün bu həmkarlıqların inkişafının şahidi olacağıq.

Rusiya «Skorer» halal süd məmulatı şirkətinin müdiri Anton Baqatov deyib ki, bütün Rusiyada, xüsusən bu ölkənin cənubunda yerləşən müsəlman sakinli bölgələrdə halal məhsulların müştəriləri çoxdur.

O, deyib: Bu şirkətdə istehsal olunan halal süd məmulatları hətta Qazaxıstana və Azərbaycan Respublikasına da ixrac edilir.

Bu sərgidə iranlı iş adamı Moinfər deyib: Hal-hazırda İran məhsulları, o cümlədən halal içkilər Rusiyanın zəncirvari satış mərkəzlərində təqdim olunur və bir neçə digər zəncirvari satış mərkəzi ilə də yeni müqavilələr bağlanmaqdadır.

Rusiyada keçirilən 28-ci beynəlxalq qida məhsulları, qablaşdırma sənayesi və köməkçi təchizatlar sərgisi Şərqi Avropada ən iri sərgi kimi Rusiyadan və dünyanın 41 ölkəsindən olan 1800-dən çox mötəbər şirkətin iştirakı ilə bu il elə bir halda öz işini başa vurubdur ki, halal məhsullar və məmulatlar istehsal edən şirkətlər bu iri sərginin pavilyonlarının mühüm hissəsini özlərinə aid etmişdilər.

Teqlər